...

İrandan Azərbaycana ayaqqabısında narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb

Hadisə Materials 15 Avqust 2012 14:14 (UTC +04:00)
Azərbaycan vətəndaşı İrandan ayaqqabısında narkotik maddə keçirmək istəyərkən yaxalanıb.
İrandan Azərbaycana ayaqqabısında narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycan vətəndaşı İrandan ayaqqabısında narkotik maddə keçirmək istəyərkən yaxalanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Məzahir Abdullayev saxlanılaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Bu zaman Abdullayevin üzərindən, ayağına geydiyi ayaqqabılarının sol tayının dabanında, gömrük nəzarətindən gizlədilmiş cəmi 6 ədəd bükümdə, ümumi xalis çəkisi 5,458 qram tiryək aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti