...

Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə qəza olub

Hadisə Materials 20 Avqust 2012 14:27 (UTC +04:00)
Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə qəza olub.
Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə qəza olub

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə qəza olub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da saat 23:30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Taleh Bayramov "Nissan Maxima" markalı avtomaşını idarə edərkən Güldəmir Cabbarovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Avqustun 19-da saat 06:00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sultan Şirinov vurulub. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Daewoo Nexia" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Rövşən Məstanov tərəfindən törədilməsi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti