...

Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 27 Avqust 2012 11:13 (UTC +04:00)
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərzisində quru ot və kol-kos sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 27 avqust /Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərzisində quru ot və kol-kos sahəsi yanıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğının meşə zolağına keçmə ehtimalı var. Dərhal Fövqəladə Hallar Nazirliyinin DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsinə cəlb olunub.

Yanğın saat 21:35 radələrində məhdudlaşdırılıb və meşə zolağına keşməsinin qarşısı alınıb. Hal-hazırda ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi işi davam edir.

Xəbər lenti

Xəbər lenti