...

PKK silahlıları Türkiyədə yük qatarına və hərbi karvana hücum ediblər

Hadisə Materials 31 Avqust 2012 18:02 (UTC +04:00)
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları cümə günü Türkiyənin Van əyalətinin Saray ərazisində iki hücum həyata keçiriblər.
PKK silahlıları Türkiyədə yük qatarına və hərbi karvana hücum ediblər

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir A.Tağıyeva/

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları cümə günü Türkiyənin Van əyalətinin Saray ərazisində iki hücum həyata keçiriblər. Bu barədə Trend cümə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Terrorçular yük qatarı hərəkət edərkən partlayıcı qurğunu işə salıblar. Sonra silahlılar hadisə yerinə hərbi karvan gələrkən ikinci partlayıcı qurğunu işə salıblar.

İkinci partlayış nəticəsində 4 hərbçi yaralanıb.

Xəbər lenti

Xəbər lenti