...

Bakıda MTN-in iki əməkdaşını maşın vurub, nəticədə biri ölüb, digəri ağır xəsarət alıb

Hadisə Materials 10 Sentyabr 2012 09:50 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.
Bakıda MTN-in iki əməkdaşını maşın vurub, nəticədə biri ölüb, digəri ağır xəsarət alıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.

Səbail rayon prokurorluğundan bazar ertəsi Trend-ə bildirilib ki, şənbə günü saat 12:40 radələrində MTN-in inzibati binası qarşısında 1957-ci il təvəllüdlü Elyar Bəşir oğlu Hüseynov idarə etdiyi 90 XL 633 dövlət nömrə nişanlı "Toyota-Prado" markalı avtomobillə MTN-in əməkdaşları olan 1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub.

Nəticədə Nəsirova aldığı xəsarətlərdən yerindəcə ölüb, Cavadova isə ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti