...

Azərbaycana psixotrop dərmanların gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 10 Sentyabr 2012 15:41 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Elşən Yusifovun idarə etdiyi “Lancia Thema” markalı minik avtomobilinə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin salonunda üzərində "Rivotril Clonazepam 2 mg" yazılan 500 ədəd qabın hər birində 30 həb olan dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
Azərbaycana psixotrop dərmanların gətirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycana psixotrop maddələr gətirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Elşən Yusifovun idarə etdiyi "Lancia Thema" markalı minik avtomobilinə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin salonunda üzərində "Rivotril Clonazepam 2 mg" yazılan 500 ədəd qabın hər birində 30 həb olan dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı Bonyadı Seyedalıya məxsus idman çantasına baxış zamanı çantanın yan tərəfindəki cibindən, sellofan torbada - gömrük nəzarətinə bəyan olunmayan 8 ədəd konvalyutda cəmi 76 ədəd həb olmaqla, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr"in III Siyahısına daxil olan "Klonazepam" adlı dərman preparatı və üzərində "ddp/M20" nişanəsi olan, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan 11 ədəd "Metadon" adlı həb aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti