...

Azərbaycanın İranla sərhəd bölgəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Hadisə Materials 11 Sentyabr 2012 13:06 (UTC +04:00)
Trend-in çərşənbə axşamı DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşından 11 kiloqram 209,8 qram heroin və 17 kiloqram 279,66 qram həşiş aşkar edilərək götürülüb
Azərbaycanın İranla sərhəd bölgəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın İranla sərhəd bölgəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Trend-in çərşənbə axşamı DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşından 11 kiloqram 209,8 qram heroin və 17 kiloqram 279,66 qram həşiş aşkar edilərək götürülüb.

Əhədov və onun tanışı İran vətəndaşı Novruz Bərbəstə tutulublar.

Xəbər lenti

Xəbər lenti