...

Hücuma məruz qalmış Ulyanovskdakı Azərbaycan diasporunun liderinin vəziyyəti normaldır

Hadisə Materials 11 Sentyabr 2012 17:27 (UTC +04:00)
Bu gün naməlum şəxslər tərəfindən hücuma məruz qalan Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovun vəziyyəti normaldır.
Hücuma məruz qalmış Ulyanovskdakı Azərbaycan diasporunun liderinin vəziyyəti normaldır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün naməlum şəxslər tərəfindən hücuma məruz qalan Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovun vəziyyəti normaldır. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini İlqar Haciyev deyib.

O qeyd edib ki, hazırda hadisə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisənin kimlər tərəfindən törədilməsinə münasibət bildirən Haclyev hələ bu barədə bir söz deməyin çətin olduğunu bildirib.

O bildirib ki, hər şey araşdırmanın nəticəsindən sonra bəlli olacaq.

Qeyd edək ki, bu gün naməlum şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovu yaralayıb, onun mühafizəçisi isə qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə Ulyanovsk üzrə Daxili İşlər İdarəsinin nümayəndəsi RİA Novosti-yə bildirib.

"Hadisə Lenin küçəsi, 95 ünvanında saat 13:00-da baş verib. İlkin məlumata görə, Hüseynovun mühafizəçisi güman edilən şəxs öldürülüb. Hüseynovun özü isə həyatı üçün təhlükəli olmayan xəsarət alıb", - Dİİ əməkdaşı deyib.

Polis aydınlaşdırıb ki, hər şey mübahisə nəticəsində baş verib.
Qeyri-rəsmi mənbələr isə RİA Novosti-yə diaspor liderinə qəsd barədə danışırlar.

Xəbər lenti

Xəbər lenti