Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Trend-ə Xəzər rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, dünən intihar faktı Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb.
2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, orta məktəbdə oxuyurdu.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycanda orta məktəb şagirdi intihar edib
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Trend-ə Xəzər rayon Prokurorluğundan bildirilib.
