...

Türkiyədə NATO-ya məxsus neft kəməri partladılıb

Hadisə Materials 17 Sentyabr 2012 17:52 (UTC +04:00)
Türkiyənin Ərzincan əyalətində gecə saatlarımda NATO-ya məxsus neft kəməri partladılıb.
Türkiyədə NATO-ya məxsus neft kəməri partladılıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Ərzincan əyalətində gecə saatlarımda NATO-ya məxsus neft kəməri partladılıb. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Partlayış nəticəsində dizel yanacağının tədarükü dayandırılıb.

Hazırda partlayışın səbəbləri araşdırlır, bununla belə terror aktı istisna edilmir.

Fakt üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti