...

Bakıda sərnişin avtobusunun "Kamaz"la toqquşması nəticəsində xəsarət alanların bir qisminin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 26 Sentyabr 2012 15:55 (UTC +04:00)
Bakıda sərnişin avtobusu "Kamaz"la toqquşub.
Bakıda sərnişin avtobusunun "Kamaz"la toqquşması nəticəsində xəsarət alanların bir qisminin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbirlər K.Zərbaliyeva, İ.İsabalayeva/

Bakıda sərnişin avtobusu "Kamaz"la toqquşub.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza bu gün günorta saatlarında "Meyvəli" bazarının yaxınlığında baş verib.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Ölənlər barədə hələlik məlumat yoxdur.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.

Xatırladaq ki, dünən səhər saatlarında Binəqədi rayonunda sərnişin avtobusu ilə "Kamaz" toqquşmuş və bir neçə nəfər xəsarət almışdı.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alanlardan 15 nəfəri təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onlardan 6-sı Travmotologiya İnstitutuna, 9-u Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, xəstəxanaya qəza nəticəsində xəsarət almış 14 nəfər müraciət edib. Onlardan 8 nəfərinə ambulator yardım göstərilərək evə buraxılıb, 6 nəfəri isə xəstəxanaya yerləşdirilib.

Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutundan Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar onlara 8 xəstə daxil olub. Həmin şəxslər Hüseynli Türkan İmanqulu qızı (1995-cı il təvəllüdlü), Novruzov Royal Feyruz oğlu (1987), Cəfərov Mahir Feyruz oğlu (1976), Vəliyeva Kifayət Hüseyn qızı (1973), Fətəliyev Mail Gülağa oğlu (1988), Məmmədova Aysel Surxay qızı (1977), Babayeva Zahidə Böyükkişi qızı (1956) və Quliyeva Aybəniz Xasay qızıdır.

Xəstələrin 6-sı artıq evə buraxılıb, qalan iki xəstə - Hüseynli Türkan və Novruzov Royal stasionar müalicə olunur.

Xəbər lenti

Xəbər lenti