Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Bakı polisi 14 kiloqrama yaxın narkotik maddəni dövriyyədən çıxarıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramis Əliyevdən 100 qramdan artıq marixuana aşkar edilib.
Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Aytəkin Əsədovadan 800 qrama yaxın marixuana aşkar edilib.
Nəsimi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar İsayevdən 13 kiloqramdan artıq marixuana aşkar edilib.