...

Gürcüstanla Azərbaycanın sərhəd ərazisində üç zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Oktyabr 2012 19:47 (UTC +04:00)
Gürcüstanla Azərbaycanın sərhəd ərazisində üç zəlzələ baş verib.
Gürcüstanla Azərbaycanın sərhəd ərazisində üç zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend /

Gürcüstanla Azərbaycanın sərhəd ərazisində üç zəlzələ baş verib.

Trend-in bazar günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə 3,6 bal gücündə olan birinci zəlzələ Balakən rayonunda yerli vaxtla saat 15:08-də baş verib. Balakən rayonu ərazisində yeraltı təkanlar hiss olunub.

5,7 bal gücündə ikinci yeraltı təkanlar isə həmin rayonun ərazisində saat 15:13-də baş verib.

Üçüncü zəlzələ 3,0 bal gücündə olub və Balakən rayonunda yerli vaxtla saat 17:09-da baş verib. Yeraltı təkanlar hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti