...

Səudiyyə Ərəbistanının paytaxtında partlayış baş verib

Hadisə Materials 1 Noyabr 2012 10:14 (UTC +04:00)
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şərqində sənaye müəssisəsinin binasında güclü partlayış baş verib.
Səudiyyə Ərəbistanının paytaxtında partlayış baş verib

Azərbaycan, Bakı, 1 noyabr / Trend , müxbir A.Tağıyeva /

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şərqində sənaye müəssisəsinin binasında güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.

Partlayış nəticəsində yanğın baş verib və bina, demək olar, tamamilə kül olub. Hadisə nəticəsində binanın yaxınlığında dayanan avtomobillər də yanıb.

Hələlik ölən və yaralananlar barədə məlumat daxil olmayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti