...

Tbilisi aeroportunda Azərbaycan vətəndaşı saxlanılıb

Hadisə Materials 8 Noyabr 2012 17:37 (UTC +04:00)
Tbilisi aeroportunda Türkiyədən Gürcüstana qızıl məmulatları keçirtmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Tbilisi aeroportunda Azərbaycan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi aeroportunda Türkiyədən Gürcüstana qızıl məmulatları keçirtmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Trend-in Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Tbilisi aeroportunda gömrükçülər Türkiyədən gələn Azərbaycan vətəndaşı Şirzak Qələndərovu nəzarət keçid məntəqəsindən yayınmaqla 4,2 kiloqram qızılı keçirtmək istəyərkən saxlayıblar.

Qələndərovdan götürülən qızılın dəyəri 180 min dollar dəyərində qiymətləndirilir.

Fakt üzrə istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti