...

DİN Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 Noyabr 2012 12:36 (UTC +04:00)
Daxili İşlər Nazirliyi dünən Sabunçuda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi (DİN) dünən Sabunçuda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 14:30 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri Şükür Şükürovun idarə etdiyi "Daewoo" markalı avtobusla Mübariz Quliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil toqquşub.

Nəticədə Quliyev və sərnişinləri - atası Vaqif və anası Rəfiqə hadisə yerində ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti