...

Dağıstanda Azərbaycan vətəndaşı öldürülüb

Hadisə Materials 12 Noyabr 2012 11:19 (UTC +04:00)
Faktla bağlı cinayət işi qaldırılıb.
Dağıstanda Azərbaycan vətəndaşı öldürülüb

Azərbaycan, Bakı, 12 noyabr / Trend/

Dağıstanda Azərbaycan vətəndaşı olan yerli sakin öldürülüb. Bu barədə Trend İnterfax.ru saytına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi "İnterfaks"a məlumat verib ki, dünən axşam Mahaçqala şəhərinin Sovet rayonunda Azərbaycan Respublikası vətəndaşına məxsus "Jiquli" avtomobilinin sərnişini olmuş naməlum şəxs odlu silahdan sürücünün başına dörd atəş açıb və gizlənib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Operativ-istintaq qrupunun əməkdaşları hadisə yerində 9 millimetr kalibrli dörd giliz aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti