...

Gürcüstanda iri ticarət mərkəzində 60 geyim mağazası yanıb

Hadisə Materials 15 Noyabr 2012 10:57 (UTC +04:00)
Bu gün səhər Gürcüstanda Tbilisi yaxınlığında Cənubi Qafqazdakı ən böyük ticarət mərkəzlərindən biri olan "Lilo"da yanğın olub.
Gürcüstanda iri ticarət mərkəzində 60 geyim mağazası yanıb

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün səhər Gürcüstanda Tbilisi yaxınlığında Cənubi Qafqazdakı ən böyük ticarət mərkəzlərindən biri olan "Lilo"da yanğın olub. Trend-in məlumatına görə, hadisə nəticəsində 60 geyim mağazası yanıb, ticarətçilərə yüz minlərlə dollar məbləğində ziyan dəyib.

Mağazalar tamamilə yanıb və oradan demək olar ki, heç nə çıxartmaq mümkün olmayıb. Gücllü külək yanğının sürətlə yayılmasına səbəb olub.

Yanğın elektrik xətlərində qısaqapanma nəticəsində baş verib və təxminən 600 kv.m ərazini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti