...

Xəzər dənizində 4 balıqçı xilas edilib

Hadisə Materials 4 Dekabr 2012 01:44 (UTC +04:00)
Xəzər dənizində 4 balıqçı xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Xəzər dənizində 4 balıqçı xilas edilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Xəzər dənizində 4 balıqçı xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, bazar günü səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunmuşdur.

Onlardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılmışdır. Digərləri helikoperin göyərtəsinə qalxmaqdan imtina etmişdir.

Məlum olmuşdur ki, qayıq yanacaq bittiyi üçün dənizdə qalmışdır. Digər 3 balıqçı isə saat 23:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilmiş, qayıq isə yedəyə alınmışdır.

Xəbər lenti

Xəbər lenti