Azərbaycan, Bakı, 4 dekabr / Trend, müxbir A.Tağıyeva /
İstanbulda əsən güclü cənub-qərb küləyi səbəbindən bütün dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin DHA agentliyi xəbər verir.
Hazırda Türkiyə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ölkənin Avropa hissəsindəki Ədirnə şəhərində ilk qar yağıb.
Sinoptiklər qeyri-sabit hava şəraitinin bütün həftə boyu davam edəcəyi barədə xəbərdarlıq ediblər.