Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda Səhiyyə Nazirliyinə məxsus inzibati binada ümumi sahəsi 15 kv.m olan baş tibb bacısının otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.
Otaq yanğından mühafizə olunub.