...

Göyçayda yaşayış evində yanğın olub, 2 uşaq xilas edilib

Hadisə Materials 16 Dekabr 2012 16:27 (UTC +04:00)
Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanıb.
Göyçayda yaşayış evində yanğın olub, 2 uşaq xilas edilib

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanıb. Trend-in məlumatına görə, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Yanğın zamanı iki uşaq yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi və yaxınlıqda olan yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti