...

Şəmkir rayonunda yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 16 Dekabr 2012 22:08 (UTC +04:00)
Şəmkir rayonunda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.
Şəmkir rayonunda yol qəzası baş verib, ölənlər var

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Şəmkir rayonunda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "KİA" markalı minik avtomobilləri toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan iki nəfər hadisə yerində ölmüşdür.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19.45-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti