Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə bu gün səhər saatlarında bir evdə başlayan yanğın bir neçə obyektlərin və mənzillərin yanmasına səbəb olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 1150 kv.m olan evdə yanğın olmuş, ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb.
Bir dam altında yerləşən ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşayaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan kafenin lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə yanıb.
Bitişik evlər və obyektlər yanğından mühafizə olunub