...

İsmayıllıda ağır yol qəzası baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 18 Dekabr 2012 20:57 (UTC +04:00)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
İsmayıllıda ağır yol qəzası baş verib, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

İsmayıllıda ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Daxar kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "AZsamand" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü N.N.Cəbrayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb və avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada avtomobildən çıxarılaraq Təcili Tibi Yardım xidmətinə, meyit isə aidiyatı üzrə təhvil verilib.

Əməliyyat saat 18:10-da başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti