...

“Türkiyə Hava Yolları”na məxsus təyyarə benzin daşıyan maşınla toqquşub

Hadisə Materials 27 Dekabr 2012 10:09 (UTC +04:00)
Toqquşma nəticəsində təyyarənin sağ mühərriki ciddi zədələnib. Sərnişinlər təxliyə olunublar.
“Türkiyə Hava Yolları”na məxsus təyyarə benzin daşıyan maşınla toqquşub

Azərbaycan, Bakı, 27 dekabr / Trend, müxbir A.Tağıyeva/

"Türkiyə Hava Yolları"na məxsus təyyarə İstanbul-Honkonq reysini həyata keçirməyə hazırlaşarkən təyyarə üçün benzin daşıyan maşınla toqquşub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haber7" qəzeti məlumat verib.

Toqquşma nəticəsində təyyarənin sağ mühərriki ciddi zədələnib. Sərnişinlər təxliyə olunublar.

Bir neçə saat keçdikdən sonra sərnişinlər başqa təyyarə ilə yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti