...

İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 3 Yanvar 2013 11:43 (UTC +04:00)
Bu gün İndoneziya arxipelaqının şərq hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.
İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Bu gün İndoneziya arxipelaqının şərq hissəsində 5,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İndoneziya Milli Metrologiya, İqlimşünaslıq və Geofizika İdarəsi xəbər verib.

Yerlatı təkanların episentri Şimali Molukka əyalətində Xalmaxera adasının cənub hissəsindən 119 kilometr cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti