Azərbaycan, Bakı, 8 yanvar /Trend/
Bakıda iki yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanvarın 7-si saat 18:20 radələrində Qızıldaş - Müşviqabad yolunda Cəlilabad rayon sakini Vüsal Əsgərov idarə etdiyi "UAZ" markalı avtomaşının idarəetməsini itirərək aşırıb, nəticədə özü və sərnişini Salamat İsmayılov hadisə yerində keçinib, digər sərnişin Damət Sultanov isə Kliniki Tibbi Mərkəzə daxil olub və yanvarın 8-də orada ölüb.
Yanvarın 7-si saat 03:30 radələrində Y.Səfərov küçəsində Anar Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Səid Quluzadənin idarə etdiyi "VAZ-21082 markalı avtomaşın toqquşub, nəticədə hər iki sürücü və sərnişin Kənan Qulamov xəsarətlə KTM-ə daxil olub, digər sərnişinlər - Gülşən Xəlilova və Elsəvər Kazımov isə hadisə yerində ölüblər.