...

Rusiyada dörd azyaşlı uşaq diri-diri yanıb

Hadisə Materials 11 Yanvar 2013 12:08 (UTC +04:00)
Rusiyanın Belqorod vilayətinin Qladkovo qəsəbəsində şəxsi evdə baş vermiş yanğında dörd azyaşlı uşaq həlak olub.
Rusiyada dörd azyaşlı uşaq diri-diri yanıb

Azərbaycan, Bakı, 11 yanvar / Trend, müxbir X.Murtuzayeva/

Rusiyanın Belqorod vilayətinin Qladkovo qəsəbəsində şəxsi evdə baş vermiş yanğında dörd azyaşlı uşaq həlak olub. Evdə yanğın gecə saatlarında başlayıb və sürətlə yayılıb. Bu barədə Trend Layfnyus.ru-ya istinadən xəbər verir.

Uşaqlar sərbəst şəkildə yanan evdən çıxa bilməyiblər. Böyüklər isə hələlik məlum olmayan səbəblərdən onların köməyinə gəlməyib. Yanğına nəyin səbəb olduğu da hələ məlum deyil.

Cəsədlərdən üçü binanın dağıntıları araşdırılandan dərhal sonra, biri isə bir qədər sonra aşkar edilib. Uşaqlardan ikisinin 2007-ci və 2008-ci il təvəllüdlü olduqları məlumdur. Hazırda faciənin baş verdiyi yerdə istintaq və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Onlar habelə yanğın zamanı uşaqların valideynlərinin harada olduqlarını araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti