...

Xaçmazda yol qəzası baş verib

Hadisə Materials 28 Fevral 2013 22:04 (UTC +04:00)
Xaçmazda yol qəzası baş verib, hadisə zamanı xəsarət alan olmayıb.
Xaçmazda yol qəzası baş verib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Xaçmazda yol qəzası baş verib, hadisə zamanı xəsarət alan olmayıb.

Trend Regional TV-yə istinadən xəbər xəbər verir ki, cümə axşamı, axşam saatlarında Xaçmazda yol nəqliyyat hadisəsi qeydə alınıb. Şəhərin Rəsulzadə və Rəsibəyli küçələrinin kəsişməsində 10 FR 013 qeydiyyat nişanlı "VAZ 21 011" markal nəqliyyat vasitəsi 59 BC 789 qeydiyyat nişanlı "VAZ 21 06" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti