Azərbaycan, Bakı, 9 mart /Trend/
Ötən gün Göyçay qadın öz evində yanıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayon sakini Tavat Nuriyevaya məxsus evdə yanğın baş verib.
Nəticədə döşəmə örtüyü yanıb, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.