...

İşsiz erməni yarım sentner qırmızı kürünü oğurlamağa cəhd edib

Hadisə Materials 19 Mart 2013 13:43 (UTC +04:00)
İşsiz erməni Moskvada yarım sentner qırmızı kürünü oğurlamağa cəhd edib. Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, o, bu məqsədlə adıçəkilən məhsulun yüklənildiyi maşınının qapılarını bağlayaraq hadisə yerindən uzaqlaşıb.
İşsiz erməni yarım sentner qırmızı kürünü oğurlamağa cəhd edib

Azərbaycan, Bakı, 19 mart/Trend/

İşsiz erməni Moskvada yarım sentner qırmızı kürünü oğurlamağa cəhd edib. Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, o, bu məqsədlə adıçəkilən məhsulun yüklənildiyi maşınının qapılarını bağlayaraq hadisə yerindən uzaqlaşıb.

Məlumata görə, kürünün paylanılması ilə məşğul olan firmanın direktoru hadisə ilə əlaqədar polisə müraciət edib. O bəyan edib ki, bir müddət əvvəl firmaya 150 kiloqram qırmızı kürü əldə etmək istəyən kişi müraciət edib.

Anbar əməkdaşları məhsulu müştərinin avtomobilinə yüklədikdən sonra həmin kişi maşının qapılarını bağlayıb və pulu ödəmədən hadisə yerindən uzaqlaşıb. Zərərin dəyəri 290 min rubl təşkil edib.

Şikayətdən bir saat sonra Moskva Polis İdarəsinin əməkdaşları şübhəli bilinən şəxsi saxlayıblar. O, Ermənistandan olan 31 yaşlı işsiz kişi olub. Qarət faktı üzrə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti