...

Baş vermiş yanğın hadisəsinin qarşısı vaxtında alınıb

Hadisə Materials 28 Mart 2013 04:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Gün ərzində baş vermiş yanğın hadisəsinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Masallı rayonu, Səmidxan kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 21 kv.m sahədə və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti