...

DİN Sabunçu rayonunda aşmış avtobusla bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 1 Aprel 2013 13:34 (UTC +04:00)
DİN Sabunçu rayonu ərazisində "İsuzu" markalı sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb.
DİN Sabunçu rayonunda aşmış avtobusla bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

DİN Sabunçu rayonu ərazisində "İsuzu" markalı sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da saat 18:00 radələrində Sabunçu rayonu ərazisində Əmircan qəsəbə sakini Samir Ağakişiyev idarə etdiyi "İsuzu" markalı 191 saylı xətt avtobusunu aşırıb.

Nəticədə avtobusun xəsarət almış 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 8 nəfəri ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti