...

Bakıda üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 9 May 2013 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend/

Bakıda mayın 9-na keçən gecə üç avtomabil toqquşub, ölən və xəsarət alanlar var.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-da saat 00.50 radələrində paytaxtın Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Bakı şəhər sakinləri Vüsal Hüseynzadənin idarə etdiyi "Mercedes" markalı, Vüsal Quliyevin idarə etdiyi "VAZ-21099" markalı və Elmar Xəlilovun idarə etdiyi "Volksvagen Passat" markalı avtomaşınlar toqquşub.

Nəticədə E.Xəlilovun sərnişini, Bakı şəhər sakini Gözəl Kərimova hadisə yerində ölüb, xəsarət almış E.Xəlilov və V.Quliyevin sərnişini, Bakı şəhər sakini Fərid Qazıyev isə xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti