...

Reyhanlıdakı partlayışlarda ölənlərin sayı 46 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-7)

Hadisə Materials 12 May 2013 13:04 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər dünən saat 17:03-də yayılıb)

Azərbaycan, Bakı, 12 may /Trend/

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində bələdiyyə binasının yaxınlığında və şəhərin mərkəzində ardıcıl 4 güclü partlayış baş verib. Trend CNN Türk-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, 100 nəfərdən çox xəsarət alıb.

Məlumatda deyilir ki, hazırda 51 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində bələdiyyə binası, həmçinin yaxınlıqdakı çox sayda bina və avtomobil zərər görüb.

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ötən gün saat 13:55 radələrində Reyhanlı bələdiyyə binasının qarşısında 2 bomba yüklü avtomobilin partladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti