...

FTB Yeni Orleanda 19 nəfərin yaralanması ilə nəticələnən hadisəni terror aktı hesab etmir

Hadisə Materials 13 May 2013 08:22 (UTC +04:00)
ABŞ Federal Təhqiqat Bürosu güman edir ki, Yeni Orleandakı hadisə terror aktı deyil, "küçə zorakılığı"dır.
FTB Yeni Orleanda 19 nəfərin yaralanması ilə nəticələnən hadisəni terror aktı hesab etmir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may /Trend/

ABŞ Federal Təhqiqat Bürosu güman edir ki, Yeni Orleandakı hadisə terror aktı deyil, "küçə zorakılığı"dır. Trend xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi FTB nümayəndəsinə istinadən məlumat yayıb.

Naməlum şəxslər bazar günü Luiziana ştatının Yeni Orlean şəhərində Analar Günü münasibətilə keçirilən paradın iştirakçılarına atəş açıblar. Paradda təqribən 300 nəfər iştirak edib. Polis üç şübhəlini axtarır. Şəhər polisi rəisinin sözlərinə görə, atəş açanlar iki növ silahdan istifadə ediblər.

Hadisənin səbəbi hələ məlum deyil.

"Bu, yalnız "küçə zorakılığı" aktıdır", - FTB nümayəndəsi Meri Bet Romiq deyib. O əlavə edib ki, günahkarlar cəzalandırılacaqlar.

Son məlumatlara görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb: 10 kişi, 7 qadın, 10 yaşlı qız və 10 yaşlı oğlan uşağı.

"Ölən yoxdur, yaralıların əksəriyyəti yüngül xəsarət alıb", - şəhər polisinin məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti