...

DİN Salyanda yük maşınının velosipedçini öldürməsi ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 14 May 2013 13:39 (UTC +04:00)
Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
DİN Salyanda yük maşınının velosipedçini öldürməsi ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/

Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 13-də saat 16.30 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində Culfa kənd sakini Vilayət Əliyev idarə etdiyi "Man" markalı avtomaşınla velosiped sürən kənd sakini Əbil Ağayevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölüb.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti