...

Şəkidə torpaq sürüşməsi baş verib

Hadisə Materials 15 May 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

Şəkidə torpaq sürüşməsi baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şəkinin Sabit Rəhman küçəsində sürüşmə baş verib. Belə ki, ötən gün axşam saatlarında yağan güclü leysan yağışları həmin ərazidə kanalizasiya xəttinin su ilə dolmasına səbəb olub. Nəticədə həmin ərazidə asfalt örtüyü dağılıb və 2 kvadratmetr ərazidə çökmə baş verib.

Buna baxmayaraq, avtomobillərin hərəkətində heç bir problem yaşanmayıb. Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, "Sukanal" ASC və Şəki Yol İstismar Sahəsinin rəsmiləri əraziyə baxış keçiriblər. Çökmüş ərazinin bu gün müvəqqəti olaraq bərpa olunacağı və asfaltlanacağı bildirilib. Yaxın 2-3 gün ərzində isə kanalizasiya xətti təmir olunacaq və dağılmış yol yenidən asfaltlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti