...

DİN Daxili Qoşunların 5 hərbçisinin öldüyü qəza ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 20 May 2013 13:21 (UTC +04:00)
DİN Daxili Qoşunların 5 hərbçisinin öldüyü qəza ilə bağlı rəsmi məlumat yaydı
DİN Daxili Qoşunların 5 hərbçisinin öldüyü qəza ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində yol-nəqliyyat hadisəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 18-də saat 07.45 radələrində Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində DİN DQBİ-nin "N" saylı hərbi hissənin çavuşu Seymur Əliyev idarə etdiyi "RAF" markalı avtomaşını yolun kənarındakı ağaca vurub.

Nəticədə Seymur Əliyev və sərnişinləri, çavuşlar Rəşad Adıgözəlov, Ayaz Bayramov, Elmir İsmayılov, Əlibəy İsmiyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişinlər - Əfqan İsgəndərov, Fariz Məmmədov, Elnur Həsənov, Ruslan Musayev, Namiq İsayev və İsmayıl Ağalızadə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti