Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Sabunçu rayonu ərazisində 50-55 yaşlı kişi meyiti tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 20-də Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində, Bilgəh-Sumqayıt yolunun kənarında üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.
İlkin yoxlama Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.