Azərbaycan, Bakı, 3 iyun /Trend/
Praqa hakimiyyəti daşqın səbəbindən bazar ertəsi bütün bağçaları, ibtidai və orta məktəbləri bağlayacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli ÇTK agentliyi paytaxt meri Tomaş Xudeçekə istinadən bildirir.
Xudeçek subasma təhlükəsi ilə əlaqədar bütün məktəblər, məktəbəqədər müəssisələr, peşə məktəbləri və gimnaziyalarda dərslərin dayandırılması haqqında qərar qəbul etdiyini söyləyib.
Çexiya hakimiyyəti daşqınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Praqda subasma zonalarından sakinlər təxliyyə olunur. Ölkənin mərkəzi rayonlarında yağışlar səngimir, çaylarda suyun səviyyəsi artmaqda davam edir.