...

Qaradağda yük və minik avtomobilləri toqquşub, bir nəfər ölüb

Hadisə Materials 6 İyun 2013 09:25 (UTC +04:00)
Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin sürücüsü ölüb.
Qaradağda yük və minik avtomobilləri toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin sürücüsü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 07:00 radələrində Qaradağ rayonu Bakı-Qazax yolunun 31-ci kilometrliyində " BMW " markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilində olan sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti