...

Oğuz rayonunda zəlzələ baş verib

Hadisə Materials 11 İyun 2013 02:16 (UTC +04:00)
Oğuz rayonunda zəlzələ baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Oğuz rayonunda zəlzələ baş verib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Oğuz rayonunda zəlzələ baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10 iyun 2013-cü il tarixində Bakı vaxtı ilə saat 23:56-da Şəki rayonunundan 16 km cənub-şərqdə, Oğuz rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3 bal təşkil edib. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti