...

Azərbaycanda sığorta şirkətinin baş mühasibi barəsində cinayət işi başlanılıb

Hadisə Materials 20 İyun 2013 11:24 (UTC +04:00)
“Rəvan Sığorta” ASC-nin baş mühasibi barəsində cinayət işi başlanılıb.
Azərbaycanda sığorta şirkətinin baş mühasibi barəsində cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir M.Əliyev/

"Rəvan Sığorta" ASC-nin baş mühasibi barəsində cinayət işi başlanılıb.

Baş prokurorluqdan cümə axşamı Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən "Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub.

Müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəyib və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti