...

Bakıda üç intiharın qarşısı alınıb

Hadisə Materials 20 İyun 2013 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir İ.İzzət/

Bakının ayrı-ayrı yerlərində üç intihar hadisənin qarşısı alınıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 19-da Füzuli rayon sakini Afət Hüseynova, oğlu, azyaşlı Fəqanla birgə intihar məqsədi ilə özunu Milli Parkda dənizə atmağa cəhd göstərib. Cəhdin qarşısı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Həmin gün Cəlilabad rayon sakini Rəqsanə Salmanova Qaradağ rayonu ərazisində intihar məqsədi ilə özünü körpüdən atmağa cəhd göstərib. Cəhdin qarşısı DİN-in Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.

İyunun 18-də isə Bakı şəhər sakini Ülviyyə Mahmudova intihar məqsədi ilə Milli Parkda özünü dənizə atıb. Mahmudova həmin ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti