...

Zaqatalada dəmir səddə çırpılan avtomobilin sürücü ölüb

Hadisə Materials 22 İyun 2013 14:15 (UTC +04:00)
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Zaqatalada dəmir səddə çırpılan avtomobilin sürücü ölüb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 22-də saat 01.00 radələrində Zaqatala rayonunun Muğanlı kəndi ərazisində rayon sakini Üzeyir Məmmədov idarə etdiyi "VAZ-2112" markalı avtomaşını yolun kənarındakı dəmir səddə vurub.

Nəticədə Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti