...

Su anbarında batan şəxsin meyiti tapılıb

Hadisə Materials 23 İyun 2013 22:06 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qazax rayonu, Kəmərli kəndində su anbarında (ən yaxın sularda xilasetmə məntəqəsindən 270 km aralı məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər çimərkən batıb.
Su anbarında batan şəxsin meyiti tapılıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Qazaxda su anbarında batan şəxsin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qazax rayonu, Kəmərli kəndində su anbarında (ən yaxın sularda xilasetmə məntəqəsindən 270 km aralı məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər çimərkən batıb.

FHN-in Dövlət Sularda Xillasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində aparılan axtarış nəticəsində dalğıc-xilasedicilər 1997-ci təvəllüdlü Dilman Əli oğlu Kazımbəylinin meyitini batdığı yerdən 8 metr aralıda taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda, ("Sahil-1" sularda xilasetmə məntəqəsindən təxminən 50 metr məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti