...

Qusarda ağır yol qəzası: 2 ölü, 2 yaralı (YENİLƏNİB)

Hadisə Materials 28 İyun 2013 15:56 (UTC +04:00)
Bu gün saat 13:30 radələrində Qusar-Xudat yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində "VAZ 2106" markalı avtomobillə "Ford" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.
Qusarda ağır yol qəzası: 2 ölü, 2 yaralı (YENİLƏNİB)

İlk xəbər saat 15:02-də yayılıb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Qusarda ağır yol qəzası baş verib.

Trend-in Regional TV-yə istinadən məlumat verir ki, bu gün saat 13:30 radələrində Qusar-Xudat yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində "VAZ 2106" markalı avtomobillə "Ford" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Dünyasını dəyişənlər "VAZ 2106"-nın sərnişini - Qusar rayonunun Qazmalar kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bəxtiyar Ağadadaş oğlu və onun kürəkəni olduğu ehtimal olunan 1979-cu il təvəllüdlü, Quba rayonu Xucbala kənd sakini Xanbabayev Əli Rzabala oğlu adlı sürücüdür.

Qəzada yaralananlar isə Bakı şəhər sakinləri - 1974-cü il təvəllüdlü Tofiq Xeyrulla oğlu Yadayi və 1956-cı il təvəllüdlü Fətulla Fərəcullayevdir. Fətulla Fərəcullayev Qusar MRX-nin reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti