...

Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Hadisə Materials 7 İyul 2013 00:58 (UTC +04:00)
Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. Bu barədə Trend məlumat verib.
Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. Bu barədə Trend məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, "Dostluq" çimərliyi istiqamətində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3500 metr sola, 700 m dənizin içərisinə doğru) şəxsi qayıqla dənizə gəzintiya çixaraq mühərrikin sıradan çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin ,"Bakı" dalğıc-axtarış qrupunun 1 nəfər xilasedicisi və "Şıx-2" sularda xilasetmə məntəqəsinin 1 nəfər xilasedicisi 1 ədəd 4 metrlik qayıqla hadisə yerinə göndəriliblər.

Xilasedicilər tərəfindən 1 nəfər xilas edilib və ona məxsus qayıq da yedəyə alınaraq sahilə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti